Weather Data Source: havadurumuuzun.com

Cəlilabad  Heydər Əliyev Mərkəzində Azərbaycan qadınlarının VI Qurultayı ilə əlaqədar görüş keçirilib

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” çərçivəsində Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar görüş keçirilmişdir.

Zefernews.az xəbər verir ki,

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir başlamazdan əvvəl torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonumuzun ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan qadınlar iştirak ediblər.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova çıxış edərək, ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrin rifahına yönəlmiş maraqlı layihələrin həyata keçirildiyini, bununla bağlı fəal qadınların üzərinə düşən məsuliyyətin artdığını və onların qarşısında yeni vəzifələrin qoyulduğunu qeyd etmişdir.
Görüş diskussiya formatında keçirilmiş valideyn-övlad, məktəb-ailə və bir sıra mövcud məişət problemlərinə, o cümlədən erkən nikah, məişət zorakılığı, boşanma kimi problemlərə, gənc nəsil arasında milli-mənəvi dəyərlərin qorunub saxlanması məsələlərinə də toxunulmuşdur.
Sonda iştirakçıların təklif və tövsiyələri dinlənilmişdir.

Top