Weather Data Source: havadurumuuzun.com

*Suqovuşan*

Səni azad etdik, dedik: “Düşmən, yan!”,
Alındı qisasın, düşmənə qadan,
Yansın səni edən viran, həm talan,
Biz sənə qovuşduq, ay Suqovuşan.

Dözüm verdi bu qisas amalımız,
Bilirdik, olmazdıq biz Qarabağsız,
Yazlara bələndi bu payızımız,
Biz sənə qovuşduq, ay Suqovuşan.

Hazır olub sənin üçün səfərdə,
Sənliliyi öyrətdik hər bir fərdə,
İnnən belə batma kədərə, dərdə,
Biz sənə qovuşduq, ay Suqovuşan.

Xoş günlərin olacaq irəlidə,
Pis günlərin artıq qalıb geridə,
Qucaqlaş Vətənlə, şənlən bəridə,
Biz sənə qovuşduq, ay Suqovuşan.

Mənfurlar adını “madagiz” qoydu,
Elə bil sinəmdə köksümü oydu,
Onların zatı nə, soyu nə soydu?
“Yan”ları sən soysuz say Suqovuşan.

Poladımın hər yerdə qalıb izi,
Həmişə anırıq biz Mübarizi,
Şəhidlər ucaltdı vətənimizi,
Biz sənə qovuşduq, ay Suqovuşan.

Artıq sən azadsan, gəl buna sevin,
Artıq susma, gülə-gülə danış, din,
Qəlbin ovlamısan bu Sevindiyin,
Səni təbrik edir bir Azərbaycan,
Azadsan, sevinir bütün Türküstan,
Biz sənə qovuşduq, ay Suqovuşan.

SEVİNDİK NƏSİBOĞLU
Şair-publisist, AJB üzvü.

Top