Ahıllar Günündə Şəmkirin ən yaşlı sakinləri evlərində ziyarət olunub

“1 oktyabr-Beynəlxalq Ahıllar Günü” münasibətilə Şəmkir rayonunun ən yaşlı sakinlərindən olan 96 yaşlı İlyas Qəhrəmanov və 90 yaşlı Kamran Tağıyevə baş çəkildi.
Zefernews.az xəbər verir ki,
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur xanım Abdullayeva, İcra aparatının əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə İlyas və Kamran baba uzunömürlülüyün sirrlərindən danışıb, keçmiş xatirələrini bölüşüb, gənclərə öz məsləhətlərini verib, ağsaqqal dualarını ediblər.
Görüş zamanı onların səhhəti ilə maraqlanılıb, qayğıları, problemləri dinlənilib və hər zaman rayon rəhbərliyi tərəfindən nəzarətdə olacaqları bildirilib.
Qeyd edək ki, İlyas Qəhrəmanovun ömür-gün yoldaşı Mahizər Qəhrəmanova da 88 yaşında, Kamran babanın ömür-gün yoldaşı Minə Tağıyeva isə 85 yaşındadır.



