Weather Data Source: havadurumuuzun.com

Heydər Əliyev ili çərçivəsində, Dünya eşitmə məhdudiyyətlilər həftəsinə həsr edilmiş “Səssizliyin səsi olaq!” adlı tədbir təşkil edilib 

Tədbir “Modern İnkişaf və Ailə”İB sədri Zərifə Quliyeva, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”İB sədri Cəmilə Çingizqızı, “Zirvə” İslahatlara Dəstək Mərkəzi”İB sədri Elçin Axundzadənin təşkilatçılığı ilə keçilib

Zefernews.az xəbər verir ki,

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Vətən müharibəsi uğrunda qəhrəmancasına həlak olan Şəhidlərimizin ruhu yad edilərək açıldı. Tədbiri giriş sözü ilə tədbirin əsas maliyyə dəstəkçisi “Modern İnkişaf və Ailə”İB sədri Zərifə Quliyeva açaraq . O, tədbirin məqsəd və mahiyyətindən geniş danışaraq bildirdi ki, “Ulu öndər Heydər Əliyevin 100 illiyi bir çox ölkələrdə yüksək səviyyədə qeyd edilir. Bu gün biz də Ulu öndərimizin işığına yığışmışıq. Heydər Əliyev hər zaman uşaqlara diqqət və qayğı göstərib. O, çalışırdı ki, uşaqlar üçün keçirilən tədbirdə şəxsən özü iştirak etsin. Biz də Ulu öndərimizin qoyduğu yolun davamçısı olaraq uşaqlar üçün tədbir təşkil etdik. Biz heç vaxt məhdudiyyətli uşaqları cəmiyyətimizdən ayırmırıq, onlar da cəmiyyətimizin bir parçası, bir üzvüdür. Bu gün eşitmə məhdudiyyətli uşaqların içində çox savadlı və istedadlı gənclərimiz var. Hətda eşitmə məhdudiyyətli gənclər arasında Preziden mükafatına layiq görülən gənclərimiz də var. Bu tədbirin davamı olaraq biz məhdudiyyətli gənclər üçün sərgilər də təşkil edəcəyik”deyə Zərifə xanım vurğulayıb.
Daha sonra söz tədbirin digər təşkilatçısı “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”İB-nin rəhbəri Cəmilə Çingizqızı açaraq, tədbir iştirakçılarını salamlayıb. O, tədbirin məqsədi haqqında danışaraq qeyd edib ki, “ Dünyada hər il Sentyabr ayının son həftəsi, Dünya eşitmə məhdudiyyətlilər həftəsi kimi qeyd edilir. Məqsəd isə eşitmə məhdudiyyətli şəxslərin hüquqlarını qorumaq, onları əhatə edən problemlərdən, əldə etdikləri nailiyyətlərdən danışmaq, dövlətin onlar üçün əlçatan mühitin yaradılmasında atdıqları addımlardan, təhsil, məşqulluq, sosial təminatından söz açmaqla, onların eşidilməyən səslərini cəmiyyətə duyurmaqdan ibarətdir. Təşkilatımız uzun illərdir eşitmə məhdudiyyətli şəxslərin probleminin həlli yolunda dövlətə bir çox təkliflər verib, layihələr icra edib, eşitmə məhdudiyyətli şəxslərin informasiya balansının artırılmasında, cəmiyyətə inteqrasiyasında yaxından iştirak edib. Son layihəmiz, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İcbari Tibbi Sığortanın Jest dilində tərcüməsi idi. Bu layihənin icrası ilə biz eşitmə məhdudiyyətli şəxslərin İcbari Tibbi Sığorta anlayışını öz Ana dilləri olan Jest dilində çatdırmaqla tibbə əlçatanlığını təmin etmiş olduq. Tədbirin məhz Heydər Əliyev ili çərçivəsində qeyd edilməsi də təsadüfü deyil. Heç şüphəsiz ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası , ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Təməli düzgün qoyulan dövlət bu gün bütün sahələrdə inkişaf edir. Umummilli liderin layiqli davamçısı olan İlham Əliyev və Vitse Prezident Mehriban xanım hər zaman sosial qayğıya ehtiyacı olan məhdudiyyətli, əlilliyi olan şəxsləri xüsusi qayğı ilə əhatə edir. Bu gün də bu tədbirin keçirilməsi eşitmə məhdudiyyətli şəxslərin cəmiyyət tərəfindən duyulmasına bir töhvədir.”deyə vurğulayıb.
Tədbirin digər təşkilatçısı Zirvə” İslahatlara Dəstək Mərkəzi”İB sədri Elçin Axundzadə də tədbirin mahiyyətindən danışaraq , tədbirin gedişatına uğurlar arzulayıb.Tədbirdə bir çox dövlət qurumlarının nümayəndələri çıxış edərək, Ulu öndər Heydər Əliyevin həyat yolundan, Azərbaycanın gələcəyi, uşaqların firəvan yaşaması üçün atdığı atdımmlardan danışıb. Bu cür tədbirlərin təşkili məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. “Səssizliyin səsi olaq!” adlı tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BDU-nun professoru Adilə Abbasova, Ombudsman aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov, Elm və Təhsil Nazirliyi nümayəndəsi Anar Xələfov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimayyətlə əlaqələr departamentinin məsləhətçisi Fuad Bayramov, Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva, YAP-nın Nizami rayon şöbəsinin sədr müavini Rəşadət Xalıqov və digər çıxışçılar öz sahələri üzrə eşitmə məhdudiyyətli şəxslərin problemlərindən, onlar üçün görülən və görüləcək işlərdən tədbir iştirakşılarına geniş məlumat veriblər. Tədbirdə bir çox dövlət və Qeyri Hökümət nümayəndələri iştirak edirdi. Tədbirin bədii hissəsi “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”İB-nin mədəniyyət sahəsi üzrə kordinatoru Günel Kərimova və xaroqraf, uşaqların rəqs geyimlərinin təşkilatşısı Günay Muradinin, eşitmə məhdudiyyətli gənclərlə hazırladığı mahnı və rəqslərlə davam etdi. Bədii hissədə eşitmə məhdudiyyətlu uşaqlar “Şuşanın dağları”, “Azərbaycan”, İnnabı”, “Şən rəqs” mahnılarını rəqs etdilər.Eşitmə məhdudiyyətli gənclər muğənni Şahin İsmayılovla birgə səhnədə yer alaraq “Azərbaycan” mahnısını Jest dilində ifa etdilər. Sonda uşaqlara təşkilatçılar tərəfindən hədiyyələr verildi.
Tədbir, Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğu olan İçəri Şəhər “Şah Palas”Hoteldə təşkil olunmuşdu.

Top