Goranboyda Prokurorluq işçilərinin Peşə bayramı ilə bağlı tədbir keçirildi
Goranboy rayonunda İcra Hakimiyyəti Başçısının, rayon Prokurorluğu əməkdaşlarının, rayonun digər rəhbər şəxslərinin və bir qrup ictimai fəalın iştirakı ilə, Prokurorluq işçilərinin Peşə bayramı ilə bağlı tədbir keçirildi.
Zefernews.az xəbər verir ki,
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər.
Sonra rayon Prokurorluğunun inzibati binasında davam edən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə təkmilləşdirilmiş və Prezident cənab İlham Əliyev tərəfindən müasir islahatlarla daha da formalaşdırılmış prokurorluq orqanlarının fəaliyyətindən söhbət açdı. Prokurorluq işçilərini təbrik edən İcra Başçısı peşə fəaliyyətlərində onlara uğurlar arzuladı.