Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Zefernews.az xəbər verir ki, APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Minik avtomobili Lənkəran şəhər sakini 1947-ci il təvəllüdlü İslahat Allahverdi oğlu Quliyevi vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra İ.Quliyev reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 76 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.