Weather Data Source: havadurumuuzun.com

Lənkəran MKS-də “Böyük Zəfərin Başlancığı” adlı tədbir keçirilib

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində 27sentyabr Anım günü münasibətilə “Böyük Zəfərin Başlancığı” adlı tədbir keçirilib.

Zefernews.az xəbər verir ki,

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Direktor vəzifəsini icra edən Arzu Rufullayeva açaraq tədbir iştirakçılarını salamlayıb və 27sentyabr Anım günü ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Şəhidlərimiz bizim qürur mənbəyimizdir, onların xatirəsi daima qəlbimizdə yaşayacaq.

Sonra Kitabxananın İnformasiya-Resurs şöbəsinin müdiri Alimə Əsədli çıxış edərək 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən bəhs edib.  qeyd edib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun rəşadəti, xalq və dövlətin sarsılmaz birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.

Daha sonra Vətən Müharibəsi Qazisi Əhliman Quluzadə, İctimai fəal, gənc müğənni Allahverən Pərvizoğlu çıxış edərək Qəhraman Azərbaycan oğullarının torpaqlarımızın azadlığı uğrunda keçdikləri döyüş yolundan və şücaətlərindən danışıblar.


Tədbirin sonunda şəhid ailələri və Qazilər ilə xatirə şəkli çəkdirilib.

Top