SALAVAT GÖNDƏRİR UŞAQ BÖYÜK DƏ
SALAVAT GÖNDƏRİR UŞAQ BÖYÜK DƏ.
Şəhidlik zirvəsinə qalxıb ucaldız,
Çəkə bilməsəm də adları bir-bir,
Ruhunuz mənimçün doğma,əzizdir
Salavat göndərir uşaq böyük də.
Siz hər zaman xalqın ürəyindəsiz,
Adınız anılır hər an hörmətlə.
Fəxarət yerisiz hər birimizin,
Salavat göndərir uşaq böyük də.
Sizə göndərirəm ixlas-fatihə,
Siz də rahat yatın əziz Şəhidlər.
Ellər unutmur sizi bizim Şəhidlər,
Salavat göndərir uşaq böyük də.
Pərvanə Salmanqızı.🇦🇿🇹🇷