Weather Data Source: havadurumuuzun.com

Lənkəranda partiya fəalları ilə görüş keçirilib

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev rayonun Şiləvar və Havzava kəndlərində partiya fəalları ilə görüş keçirib.
Görüşdə partiya fəalları ilə yanaşı bitərəflər,müharibə iştirakçıları, kəndin ağsaqqalları və ziyalılar da iştirak ediblər.

Zefernews.az xəbər verir ki,
Görüşdə İ.Əmənullayev qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Çünki YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir. Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Ən əsası, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb. Nəticədə, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Yəni Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu baxımdan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdırmalı idi. Bu həm də Yeni Azərbaycan Partiyasının növbəti qurultayını zəruri edən amillərdən oldu.
O, bildirdi ki, Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarların qəbul edilməsi, partiyanın yeni Nizamnaməsinin təsdiqi, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının seçilməsi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxılması dediklərimizə əyani sübutdur. 6 siyasi partiyanın YAP-a qoşulması isə ölkəmizdəki siyasi dialoq mühitinin göstəricisi və nəticəsidir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Mehriban Əliyevanın partiya Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.Fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr vermis dövlət xadimidir.
Sonda Yeni Azərbaycan Partiyasının VII Qurultayı çoxmillətli bir məmləkətin, sülhü, sabitliyi, tolerant, multikultural, ümumbəşəri dəyərləri, humanist prinsipləri həyat tərzinə çevirən, müxtəlif xalqların dostluğuna, qardaşlığına, dinlərin, mədəniyyətlərin sivilizasiyaların dialoquna nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin hakim partiyası olduqunu bir daha görüş iştirakçılarının nəzərinə çatdırdı.
Görüşdə İ.Əmənullayev partiya üzvlərinin verdiyi, sualları cavablandırdı. İrəli sürülən təklif və problemlər qeydə alındı.

Top