Qəbələdə Şəhid ailələri ziyarət olunub
Qəbələdə “Anım Günü” ərəfəsində şəhid ailələri ziyarət olunur
Zefernews.az xəbər verir ki,
Qəbələ rayon icra hakimiyyəti rəhbərliyi, idarə və müəssisələrin əməkdaşları tərəfindən 27 sentyabr “Anım günü” ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin ailələri və qazilərin evlərində ziyarəti davam etdirilmiş, onları narahat edən məsələlər öyrənilmiş və həlli nəzarətə götürülmüşdür.
Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.