Şəhid Qasım Məmmədhəsənov Sabirabadda dəfn olunub
Sentyabrın 19-u Azərbaycanın Qarabağ bölgəsində erməni silahlı qüvvələri birləşmələrinə qarşı başlatdığı antiterror əməliyyatı zamanı qəhrəmancasına həlak olmuş Şəhid Qasım Bilal oğlu Məmmədhəsənov doğulub boya-başa çatdığı Sabirabad rayonunun Qaraqaşlı kəndindən dəfn olunub.
Zefernews.az xəbər verir ki,
Dəfn mərasimində Şəhidin ailə üzvləri, Sabirabad rayon İcra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanalarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Şəhidin atasına üçrəngli Azərbaycan bayrağını təqdim olunub.