Weather Data Source: havadurumuuzun.com

20 oktyabr 2026-cı il tarixində Zəngilan şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) birgə təşkilatçılığı ilə “Zəngilan zamanın qanadında” adlı foto sərgi keçirilib.

20 oktyabr 2026-cı il tarixində Zəngilan şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) birgə təşkilatçılığı ilə “Zəngilan zamanın qanadında” adlı foto sərgi keçirilib.

Sərgidə 11 fotoqrafın Zəngilanın tarixi yaddaşını, təbiətini, keçmişini və bu gününü əks etdirən foto əsərləri nümayiş olunub.

Ekspozisiyada Elman Hüseynov, Rəsul Rəhimov, Azər İbrahimov, Siyavuş Hüseynli, Hüseyn İsgəndərov, Nigar Əhmədova, Elgiz Nəbili, Zaka Soltan, Roman İsmayılov, Amira Süleyman və Mirnaib Həsənoğlunun Zəngilanla bağlı çəkdikləri fotoşəkillər yer alıb.

“Zəngilan zamanın qanadında” sərgisi bir zamanlar dağıntılara məruz qalmış, bu gün isə yenidən qurularaq həyata qayıdan Zəngilanın keçdiyi tarixi yolu fotoqrafiyanın ifadə imkanları vasitəsilə təqdim edib. Nümayiş olunan əsərlərdə bölgənin təbii gözəllikləri, tarixi izləri, dağıntıların yaddaşlarda buraxdığı izlər və həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri öz əksini tapıb.

Sərginin əsas ideyası keçmişlə bu gün arasında vizual körpü yaratmaq, Zəngilanın tarixi yaddaşını qorumaqla yanaşı, onun yenidən doğuluşunu və gələcəyə doğru inkişafını fotoqrafiya sənətinin dili ilə nümayiş etdirmək olub.

Müxtəlif fotoqrafların fərqli baxış bucaqlarını bir araya gətirən ekspozisiya Zəngilanın yalnız coğrafi məkan deyil, həm də yaddaşın, qayıdışın və dirçəlişin rəmzi olduğunu vurğulayıb.

Azərbaycan Fotoqrafları Birliyi bu kimi layihələr vasitəsilə ölkəmizin tarixi-mədəni irsinin, təbiətinin və müasir inkişaf proseslərinin foto sənəti vasitəsilə sənədləşdirilməsinə, qorunmasına və geniş ictimaiyyətə çatdırılmasına töhfə verməyi qarşısına məqsəd qoyur.

Top