YAP Lənkəran rayon təşkilatının sədri Darquba kəndinin partiya fəalları ilə görüşüb
YAP Lənkəran rayon təşkilatının sədri İ. Əmənullayev Darquba kəndinin partiya fəalları ilə görüş keçirib.
Görüşdə partiya fəalları ilə yanaşı bitərəflərdə iştirak ediblər.
Zefernews.az xəbər verir ki,
Görüşdə İ.Əmənullayev YAP-ın VII qurultayından sonrakı dövrdə partiyada aparılan islahatlar, görülən müsbət işlər barədə Azərbaycan Respublikasının Prezidenti, YAP sədri , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük vətən müharibəsindəki qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və s. kimi məsələlərdən geniş söhbət açdı.
Görüşdə İ.Əmənullayev partiya üzvlərinin verdiyi, sualları cavablandırdı.
İrəli sürülən təklif və problemlər qeydə alındı.
Sonda partiya fəalları ilə xatirə şəkli çəkildi.