Masallıda qalib idmançılarla görüş keçirilib

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov üzgüçülük üzrə paralimpiya çempionu, ikiqat dünya çempionu Vəli İsrafilov və yeniyetmələr arasında cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Məhəmməd Məmişovla görüşüb.
Zefernews.az xəbər verir ki,
Əvvəlcə Masallı şəhər Qəhrəmanlar Parkındakı “Şəhidlər” abidə-kompleksi ziyarət edilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin xatirəsi ehtiramla yad olunub.
Sonra Masallı Rayon İcra Hakimiyyətində təşkil edilən görüşdə Lənkəran-Astara Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektor müdiri onların son beynəlxalq yarışlardakı möhtəşəm uğurları barədə məlumat verib.
İştirakçılarını salamlayan İcra başçısı Araz Əhmədov idmançıları və onların məşqçilərini növbəti qələbələr münasibətilə təbrik edib. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olan idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri masallılı yeniyetmə və gənclərin beynəlxalq arenalarda qazandığı uğurlarla, qələbələri ilə dünyaya səs salmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
İdmançılar, məşqçiləri onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti, Milli Olimpiya Komitəsi Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.



