İcra başçısı növbəti səyyar qəbul-görüşünü Balıqçılar qəsəbəsinin sakinləri ilə keçirib
Sentyabrın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Balıqçılar qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
Zefernews.az xəbər verir ki,
Görüşdə icra başçısı ilə birgə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.
İcra başçısı bütün müraciətlərə həssas yanaşıldığını vurğulayıb və yerli sakinlərin bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, habelə icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasın; tapşırıb.
Taleh Qaraşov heç bir müraciətin diqqətdən kənarda qalmayacağını və qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib. Ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə qəsəbə sakinlərinə məlumat verən icra başçısı qeyd edib ki, hazırda ərazidə əmək qabiliyyətli 800 nəfərdən 767 nəfəri əmək fəaliyyəti ilə məşğul olur. Onun sözlərinə görə, bu şəxslərin mütləq əksəriyyəti dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışırlar: “Bütün bunlar cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rayonumuzun iqtisadi-sosial inkişafına göstərdiyi diqqət nəticəsində mümkün olub”.
Qəsəbə sakinləri çıxışlarında rayon rəhbərliyinə səmimi qəbula və maneəsiz fikir və istəklərinin çatdırılmasına tam şərait yaradılmasına görə təşəkkür ediblər. Yerli sakinlər ölkədəki sosial-iqtisadi inkişafın mərkəzində xalq-hakimiyyət birliyinin olduğunu, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi səyləri nəticəsində dayanıqlı iqtisadi inkişafın təmin edildiyini və buna paralel olaraq regionlarda sürətli inkişaf dinamikasına nail olunduğunu vurğulayıblar, bütün bunlara görə isə səmimi minnətdarlıqlarını ifadə ediblər.