Yaxşı ki, yoxluğunla Tanıtmısan özünü….

SƏN
Sevgimin arxasınca
Süründün illər boyu;
İstədin qazanasan
Quru hədiyyələrlə…
Ancaq izin qalmadı,
Yalnız ötüb keçmisən!
Bir çiçək qəbul etdim,
Çiçəyin öz xətrinə…
Sevgimin arxasınca
Süründün illər boyu;
Mən zərif dağ ceyranı,
Sənin sevdan qurd olub,
Gah da hiyləgər ovçu…
Hey süründün arxamca,
Nə bir faydanı gördüm,
Nə də zərər vermisən…
Sevgimin arxasınca
Süründün illər boyu;
Yoxluğunla, varlığın
Bilinmədi heç zaman…
İzim qalan, yerlərdə
Çox görmüşəm üzünü.
Yaxşı ki, yoxluğunla
Tanıtmısan özünü….
Müəllif: Патимат Штанчаевa
Rusiya Yazıçılar Birliyinin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


