Uşaq evinin sakini yüksək balla tələbə adını qazandı
Gəncə Şəhər Uşaq Evinin sakini Həsənov Həsən Mikayıl oğlu ali məktəblərə qəbul imtahanında uğurlu nəticə əldə edib.
Zefernews.az Metbuat.az – a istinadən xəbər verir ki, o, 413,30 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.
ADPU -nun rəhbərliyindən verilən məlumata əsasən, universitet Həsəni himayəsinə götürür və onun bütün təhsil xərclərini ödəyəcək.
Qeyd edək ki, Həsən Həsənov 2012-ci ildən Gəncə Uşaq Evində yaşayır.