Weather Data Source: havadurumuuzun.com

“Qarabağ”ın oyunun canlı izləmək istəyirsən?

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərədə keçiriləcək “Nyukasl” – “Qarabağ” oyununa qonaq komandanın azarkeşləri üçün biletlər satışa çıxarılıb.

Azərbaycanlı fanatlar üçün ayrılmış vauçerlərin qiyməti 115 manat təşkil edir.

Bildirilib ki, vauçerlər ilkin olaraq iTicket.az-dan əldə ediləcək, oyun gününə qədər isə göstərilən e-mail ünvanına göndəriləcək.

Matçın keçiriləcəyi “Sent Ceyms Park” stadionunda “Qarabağ” azarkeşləri üçün 2466 yer ayrılıb.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bu məlumatı AzərTAC paylaşıb.

Top