Weather Data Source: havadurumuuzun.com

Qurbanov “Nyukasl” haqqında açıqlama etdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi “Nyukasl” oldu. Qurban Qurbanov isə bu barədə açıqlama verib.

“Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğurlu olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. “Nyukasl” Liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesabı ilə bərabərə qalıblar. Ona görə də demək olar ki, hər iki komandanın gücləri təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. Çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür. “Nyukasl” ciddi rəqibdir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma “Nyukasl” bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır”.

Qeyd edək ki, görüşlər təxmini 17/18 fevral 24-25 fevral keçiriləcək.

Bu barədə Ağdam təmsilçisinin özü məlumat yayıb.

Top