Weather Data Source: havadurumuuzun.com

YAQUB SƏMƏDLİ – Xocalı  harayı

YAQUB SƏMƏDLİ
Səmədov Yaqub Abbasqulu oğlu (Yaqub Səmədli) 1963-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Hal-hazırda ADPU-nun Ağcabədi filyalında tarix fənni üzrə müəllim işləyir. Tarix üzrə fəlsəfə doktorudu. Ədəbiyyatı, şeir yazmağı sevir. Müntəzəm olaraq şeirləri mətbuat orqanlarında çap olur. 2024-cü ildə KİV tərəfindən “Zəfər” medalı ilə təltif edilib. İki kitab müəllifidir. Bir neçə fəxri fərmanla təltif olunub.
Xocalı  harayı
Xocalım,  Xocalım,  can,  ay  Xocalım!
Xocalım,  Xocalım, can, ay  Xocalım!
Qaniçən düşmənin  qanlı  əliylə,
Gecənin  birində,  yandı  Xocalım…
Şaxtalı  havada,  qarlı qış günü,
Düşmən gülləsinə tuş gələn günü,
Ana  qucağında  məsum körpələr,
Diksinib  oyandı,  məzlum  körpələr.

Tankdan,    BTR-dən, minatandan,
Qraddan,  toplardan, avtomatlardan,
Səpildi  torpağa  odlu  mərmilər,
Şəhərə  üç  yerdən  girdi  canilər.
Qaniçən düşmənlər susayıb qana,
O gecə baxmadı; qoca, cavana.
Yurdunda  yurd verən bir elə qarşı,
Gəlib  sığındığı  millətə  qarşı,
Çörəyin  yediyi  bir xalqa  qarşı,
Törətdi  soyqırım,  saysız  qətilllər,
Nə  edə bilərdi?- silahsız  ərlər,
Düşmən  mərmisindən  dağıldı  evlər.
Gülləyə  tuş  gəldi  qızlar,  gəlinlər,
Dəlik -deşik  oldu  canlar,  bədənlər.
İtirdi  həyatın  dilsiz  körpələr,
Bürüdü  ətrafı  ahlar, nalələr,
Babalar,  nənələr,  günahsız canlar,
Boyandı al-qana  bəxtsiz  cavanlar.
Səbəbi  nə  idi,  türk  olmaları,
Günahı  nə idi,  türk  olmaları.

Ulu  vətənimdə,  Ata  yurdumda,
“Böyük Ermənistan”  yaratmaq  üçün,
Nainkor  erməni,  daşnaq  erməni,
Yurdsuz,  xain,  satqın,  yaltaq  erməni,
Gələndən  yurduma  gözünü  dikmiş,
Xalqıma  əbədi  düşmən  kəsilən,
Bu  “haylar”  nə qədər  şərəfsiz  imiş.
Necə  dözdü  Dünya? – bu  haqsızlığa,
Dünya  necə  dözür? –  bu  haqsızlığa,
Tökülən  günahsız,  nahaq  qanlara.
Döndü  qan  gölünə,  döndü  Xocalım,
Boşaldı  sahibsiz,  qaldı  Xocalım,
İtirdi  ətrini,  təravətini,
Əsrin  faciəsi  oldu Xocalım.
Kəsildi  gülüşlər,  toylar – düyünlər,
Söz  tapa  bilmədi  deməyə  hünər.
Xocalı  bir  xalqın  faciyəsidi,
Xocalı  Dünyanın  faciyəsidi.

Xalqımın  gunahı  nəyidi  görən?,
Kimlər  qarğamışdı  bizə? -Görəsən.
Düşmənə,  zalıma  boyun  əyməyən,
Azadlıq  yolunda qurbanlar  verən,
Rəhm  edən,  əl tutan,  hünər  göstərən,
Kimsənin  yurduna  gözün  dikməyən,
Bir xalqın  qisməti  budumu  görən?,
Azadlıq  uğrunda  vuruşursa  xalq,
Azadlıq  uğrunda  çarpışırsa  xalq,
Azad  yaşamağa  haqlıdırsa  xalq,
Kimdən,  çəkinməli,  Söyləyin: –  kimdən,
Niyə  kəsilməli,  kökü,  de:- nədən.

Nə  qədər Xocalım  əsirlikdədi,
Nə  qədər Xocalım  yad  əllərdədi,
Nə  qədər  qisası  alınmayıbdı,
Onun  yaraları  sağalmayıbdı,
Yoxdur  öyünməyə  bizim  haqqımız,
Xilas  olmadıqca  Qarabağımız.
***
Bu gün öyünməyə çatır haqqımız,
Qovuşdu kökünə Qarabağımız.

Müəllif: Yaqub SƏMƏDLİ

YAQUB SƏMƏDLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top