Lənkəranda məktəb binasının tikintisi və təmiri sona çatmaqdadır
Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin binasının tikintisi və təmiri sona çatmaqdadır.
Zefernews.az Cenublu.az a istinadən xəbər verir ki yararsız halda olan Lənkəran Şəhər 1nömrəli tam orta məktəbin binası ötən il sökülərək yenidən inşa olunub. Həmçinin məktəbin həyətində stadion da tikilib. Hal-hazırda binada xırda təmir işləri aparılır.
Qeyd edək ki, Məktəb binasının açılışında Prezident Cənab İlham Əliyevin iştirak edəcəyi gözlənilir.