Çempionların yarışı – “Finalissima”

Hazırkı Avropa çempionu İspaniya və Amerika Kubokunun (Copa Amerika) son qalibi Argentina milli komandaları arasında keçiriləcək oyunun yeri və tarixi bəlli olub.
“Finalissima” adlandırılan görüş gələn il martın 27-də təşkil olunacaq.
Qarşılaşma Qətərin Doha şəhərindəki Lusail stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, bu barədə UEFA-nın öz saytı məlumat yayıb.


