Weather Data Source: havadurumuuzun.com

“BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü

“BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü

Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü görüb. Bu barədə SƏADƏT KƏRİMİ məlumat verib:

“Hörmətli ədəbiyyatsevər yurddaşlar! Qüdrətli Azərbaycan şairi, bütövlükdə Türk dünyasının görkəmli şairi kimi tanınan Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü. Kitabın elmi redaktoru, yayına hazırlayanı və ön sözün müəllifi Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru VAQİF SULTANLIDIR. Xeyirli və uğurlu olsun! Başda Vaqif müəllim olmaqla bütün müəllifləri və Bəxtiyarsevərləri təbrik edirəm.

Kitabda bir bölüm də mənə aiddir. Burada mənim “BƏXTİYAR VAHABZADƏNİN HƏYAT VƏ YARADICILIĞINDA LƏYAQƏT” adlı əsərim yer almışdır, səh. 80- 109. Ləyaqət anlayışı birmənalı deyil. Tədqiqatların (Nordenfelt 2004, 2009, Schroeder 2008, Sulmasy 2013 və b.) nəzəri hissəsində ləyaqətin dörd fərqli anlayışı ortaya çıxır:
1) sosial rütbə və mövqedən asılı ləyaqət (müasir dövrdə isə profesionallıq və kvalifikasiyalarla bağlı),
2) mənəvi mövqe ləyaqəti,
3) şəxsiyyət ləyaqəti
4) insan ləyaqəti.
Bu dörd anlayışın hər biri Bəxtiyar Vahabzadə əsərlərində bir-birini tamamlayan, daim inteqrə olunmuş anlayışlar olaraq mövcuddur.”

Kitab haqqında Prof. Dr. VAQİF SULTANLInın (Bakı, Azərbaycan.) fikirləri:

“Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında çoxsaylı araşdırmalar aparılsa da, onun bənzərsiz bədii irsi hələ də gerçək dəyərini almamışdır. Bu isə şairin yaradıcılığına dəyişən zamanın ədəbi-estetik dəyərləri bağlamında yanaşılması zərurətini şərtləndirir. Müəllifin poetik irsinin sadəcə milli ədəbi sferada deyil, bağlı olduğu böyük Türk mədəniyyəti kontekstində dəyər ləndirilməsi problemi isə fərqli yanaşma tərzi tələb edir. Bəxtiyar Vahabzadənin poeziyası uzun illər güncəlliyini qoruyub saxlayacaq, yeni-yeni nəsillərin mütaliə edəcəyi sənət örnəkləri kimi yaşayacaqdır. Oxucuların mühakiməsi nə verilən, elmi məqalələr toplusundan ibarət olan bu kitab mütəfəkkir şairin bədii portretinin kölgədə qalan bəzi qaranlıq məqamlarının canlandırılması niyyəti ilə yayınlanır.”

Siz də oxuyub fikirlərinizi bildirə bilərsiniz. Qeydlərinizi elə bu məlumatın şərh bölümündə yaza bilərsiniz. Biz dərc edəcəyik.

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top