Weather Data Source: havadurumuuzun.com

27 dekabr 2025-də Kyokuşin Karate üzrə Respublika Birinciliyi və Böyüklərin Çempionatı keçiriləcək

27 dekabr 2025-də Kyokuşin Karate üzrə Respublika Birinciliyi və Böyüklərin Çempionatı keçiriləcək

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Karate Federasiyasının dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə 27 dekabr 2025-ci il tarixində Kyokuşin Karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında 27-ci respublika birinciliyi, eləcə də böyüklər arasında respublika çempionatı keçiriləcək. Ölkənin ən nüfuzlu karate tədbirlərindən biri hesab edilən bu yarış müxtəlif yaş qruplarını təmsil edən yüzlərlə idmançını bir araya gətirəcək.

Təşkilatçılar bildirirlər ki, yarışın əsas məqsədi Kyokuşin karate ənənələrinin daha da inkişaf etdirilməsi, perspektivli gənclərin üzə çıxarılması və idmançıların hazırlıq səviyyəsinin qiymətləndirilməsidir. Hər il böyük maraq doğuran bu turnir həm idman mütəxəssisləri, həm də valideynlər arasında xüsusi diqqət çəkir.

Kyokuşin karate gənclərin fiziki hazırlığı ilə yanaşı, dözümlülük, iradə və intizam kimi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, yarışın keçirilməsi idmançılar üçün həm praktiki təcrübə, həm də özlərini göstərmək imkanının genişlənməsi deməkdir.

Arpaçay İdman Birliyi yarışın yüksək səviyyədə təşkili üçün bütün zəruri hazırlıqları davam etdirir. Birlikdən verilen məlumata görə, tatami üzərində gərgin və sağlam rəqabət şəraitində mübarizə aparacaq idmançılar üçün hər cür şərait yaradılacaq. Təşkilatçılar bu tədbirin gələcək çempionların yetişməsində mühüm rol oynayacağına inanırlar.

Turnir günündə yüzlərlə iştirakçının çıxışı, maraqlı döyüşlər və həyəcan dolu anlar gözlənilir. Bu yarış həm də məşqçilər üçün idmançılarının hazırlıq səviyyəsini qiymətləndirmək baxımından əhəmiyyətli olacaq.

Arpaçay İdman Birliyi bütün iştirakçılara uğurlar arzulayaraq vurğulayır:
“İdman naminə birlik – gücümüz birliyimizdədir!”

 

İmza:Pərvanə Salmanqızı.

Top