Vlahovic İngiltərəyə gedə bilər

Serbiya millisinin və “Yuventus”un hücumçusu Duşan Vlahoviç yeni mövsümə hansı komandada başlayacağına hələ ki qərar verməyib. Sport24.az xəbər verir ki, forvarda çox sayda təklifin gəlməsi onun qərarsız qalmasına gətirib çıxarıb.
Belə ki, PSJ, “Əl-İttihad”, “Fənərbaxça” başda olmaqla bir çox klub Vlahoviçi heyətinə qatmaq istəyir. Lakin onlar arasında daha iddialısı “Nyukasl”dır. Belə ki, Premyer Liqa təmsilçisi Duşan üçün ən yüksək maaşı təklif edib.
(Sport24.az)


