YAŞA DOĞMA AZƏRBAYCAN

YAŞA DOĞMA AZƏRBAYCAN
Torpağında, hər daşında,
Qan izi var yaddaşında.
Təsdiq etdi səni zaman,
Yaşa, doğma Azərbaycan!
Oğuz yurdu, əziz Vətən,
Səsin gəlsin yüksəklərdən.
Səndən ötrü tökülüb qan,
Yaşa, doğma Azərbaycan!
Haqqın yolu ilə getdin,
Kimliyini sübut etdin.
Qorxutmadı səni yalan,
Yaşa, doğma Azərbaycan!
Tarixləri yandırdılar,
Keçmişimizi dandılar.
Səni indi görsün cahan,
Yaşa, doğma Azərbaycan!
Sülhün səsidir səsimiz,
Yurdu sevər hər kəsimiz.
Sənin üçün verərik can,
Yaşa, doğma Azərbaycan!
İgidlərin səs salıbdır,
Düşməndə qorxu qalıbdır.
Döyüşlərdə ,,YAŞMA” aslan,
Yaşa, doğma Azərbaycan!
Zəfər nəğməsini çaldın,
Torpaqları geri aldın.
Sorağın gəlsin ucadan,
Yaşa doğma Azərbaycan!
Gögərçinlərin səmada,
Rahat uçsunlar orada.
Güllə yağmasın havadan,
Yaşa, doğma Azərbaycan!
Xoşbəxt olsun balaları,
Sevinsinlər anaları.
Nuru səpsin Yaradan,
Yaşa, doğma Azərbaycan!
Türkün qardaşı türk olsun,
Hər vaxt yan-yana dursun.
Mərd böyüsün qoy balan,
Yaşa, doğma Azərbaycan!
Gülsün körpə gözləri,
Şəfəq saçsın üzləri.
Qorunsun hər bəladan ,
Yaşa, doğma Azərbaycan!
Sabahları aydın olsun,
Qəlblərə sevgi dolsun.
Ruzin gəlsin Allahdan,
Yaşa, doğma Azərbaycan!
Torpağınla qocal, Vətən!
Bayrağınla ucal, Vətən!
Zirvədə məğrur dayan,
Yaşa, doğma Azərbaycan!
Müəllif: Həqiqət ŞAMİLLİ


