“Beşiktaş”da ciddi itki

Türkiyənin “Beşiktaş” klubunun heyətində ciddi itki baş verib. İstanbul təmsilçisinin hücumçusu Rafa Silva sıradan çıxıb.
Portuqaliyalı futbolçunun ayaq əzələsində zədə aşkarlanıb. 32 yaşlı oyunçu bazar günün “Kasımpaşa” ilə matçda komandaya kömək edə bilməyəcək.


