Weather Data Source: havadurumuuzun.com

Xəzan jurnalının növbəti sayı çapdan çıxıb

XƏZAN – 69

“Xəzan” ədəbi-bədii jurnalının 69-cu sayı çapdan çıxıb. 104 səhifədən ibarət jurnalın növbəti – sentyabr, oktyabr (2025) sayı son ilin ən rəngarəng və yazılarla zəngin nömrəsi hesab oluna bilər. Ədəbi proseslərdə fəal iştirak edən jurnalın redaksiya heyəti Əbülfəz Əhmədin (75), Elçin Məlhəmlinin (65) və Arzu Kazımqızı Nehrəmlinin (55) yubiley yaşlarının tamam olması münasibətilə onların yaradıcılıq nümunələrindən oxucuların ixtiyarına çıxartmaqla təbrik edir və nömrədə müvafiq yazılar yerləşdirib.
Eyni zamanda “Sarı Aşıq ədəbi məclisi”nin 7 yaşı tamam olması münasibətilə məclisin yaradıcısı və rəhbəri şair Adil Cəfakeşin müvafiq yazısını jurnalın bu nömrəsində oxuya bilərsiniz.
Bir sözlə, jurnalın növbəti nömrəsində YAZI DÜZÜMÜ aşağıdakı kimidir. Buyurun, sevə-sevə oxuyun.

1.Redaktor guşəsi
-““Xarı bülbül” jurnalı, xoş gəldin!”
-“Arzu Kazımqızı Nehrəmli – 55”

2.Publisistika
-Arzu ƏSƏDOVA – “Azərbaycan dili və ədəbiyyat dərslərində şagirdlərin ifadəli oxu bacarığının inkişaf etdirilməsi”
-Adil CƏFAKEŞ – ““Sarı Aşıq Ədəbi Məclisi”nin fəaliyyəti barədə”
-Əli BƏY AZƏRİ – “Vaqif Qüdrətin “Zübeyda” romanı”
-Vaqif QÜDRƏT – “Sən adi bir kənd deyilsən!”
-Arzu KAZIMQIZI NEHRƏMLİ – “Dağlar dumanda qalmadı”
-Tural İRFAN – “Əbülfəz Əhmədin “Kərbəla” poeması”
-Nəcibə İLKİN – “Qara gözlü bilərziyin qara taleyi”
-Bayram MƏMMƏDOV – “Ruh qardaşı”
-Kərim ŞÜKÜRLÜ – “Vətən sərhədlərini “qoruyan” kitab”
-Raidə ÖMƏROVA – “Ömrün qışına doğru” (Ramiz İsmayılın eyni adlı kitabı barədə)
-Əli RZAQULİYEV – “O gündən beş il ötdü” (27 sentyabr – Anım gününə)
-Arzu HEYDƏROVA – “Qələbəni gətirənlər”
-Arzu ƏSƏDOVA – “Görkəmli ədib Bəxtiyar Vahabzadə – 100”
-Lətif VƏLİZADƏ – “Sülhiyyə Musaqızının yaradıcılığı ilə bağlı düşüncələrim”
-Əli BƏY AZƏRİ – “Ədəbi yekun, yoxsa, dost-tanış xətrinə bəy tərifi?”
-Yusif MAHMUDOV – “Dirili Qurbani yaradıcılığında Qarabağ və Şərqi Zəngəzur şivələri”

3.Poeziya
-Məhəmməd ƏLİ – “Nəvəm, xoş gəldin”, “Bayatı”, “Dərd məni yaman əydi”, “Bu nə bəladır ki, gəldi başıma?” (şeirlər)
-Vaqif QÜDRƏT – “Mənim şeirlərim”, “Qonşuluq”, “Apar son döyüşə millətimizi” (şeirlər)
-Əbülfəz ƏHMƏD – “Dördlüklər”, “Apardın Laçına”, “Evlərimiz”, “Döngələr”, “Lazımsan”, “Qalmışdı”, “Qardaşım”, “Dilimizə daş atanlara”, “Gedir” (şeirlər)
-Elçin MƏLHƏMLİ – “Şamaxı”, “Salam, Şuşa”, “Bilməsin”, “Payız ağladı”, “Ürək buna necə dözsün, İlahi”, “Bu zəfəri gözümüztək qoruyaq”, “Ordumuz”, “Şəhid”, “Gəlirəm, ay Şuşam”, “Şəhid anası”, “Sən olmadınmı?”, “Az demişəm”, “Özüməm”, “Günlərimiz” (şeirlər)
-Zeynəb CƏMALƏDDİN – “Nağıllar olmasa”, “Yenə şükür, İlahi”, “İçəsən”, “Yerdi”, “Bir varıq, yoxuq”, “Günahkar”, “Şövqü-pərim”, “Çilli qızın payızı”, “Qalmışam avarə, yazım, yazmayım”, “Zaman göstərər”, “Yazaq”, “Adamam”, “Qardələn eşqi”, “Qırpdım kirpiyimi” (şeirlər)
-Şahməmməd DAĞLAROĞLU – “Ürəyimdə”, “Gözəlsən, bu bəsmi?”, “Ay uşaq”, “Qurdala məni”, “Məni kim qınasa”, “Sənin”, “Getdi”, “Gülləri”, “Məndə”, “Gör-götür dünyası”, “Ölüm sonranın işidir”, “Ölüm yaman ucuzlaşıb”, “Bir sirrim var”, “Öz ürəyim”, “Ürəyimin yarası”, “Dost aynası”, “Haramda”, “Bilirdim”, “Duyğusuz şeir yazanlara”, “Gətir”, “Sən yoxsan” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – “Qəzəllər”, “Rübailər” (şeirlər)
-İldırım ƏLİŞOĞLU – “Poeziya çələngi”, “Tez-tez”, “Kimə “sağ ol” deyim?”, “Qardaş”, “Payız”, “Bir fəqirin sevgisi”, “Bir dənizli lövhə”, “İlisuda bir gün”, “Dağlarım” (şeirlər)
-Ramiz İSMAYIL – “Qadınlar”, “Qoca”, “Kasıb bəndə”, “Gedirəm”, “Yoxdur – 2”, “Kimdi bəxtəvər?”, “Beləsinə yar”, “Doğru”, “Yandırar – 2”, “Dünyada”, “Yaşayır”, “Şükür”, “Bəsimdi”, “Dərd əsir”, “Qayıt gəl”, “Mənim yolum deyil”, “Olasan”, “Ətasıymış”, “Göstərin”, “Düşüb”, “Yoxdur – 1” (şeirlər)
-Adil CƏFAKEŞ – “Mən ruh adamıyam”, “Unudulmusan”, “Görmüşəm dünyanın hər üzünü mən”, “Yanır”, “Hardan düşdün yadıma”, “Gedirəm Allaha pənah”, “Burda Adil Cəfakeşəm” (şeirlər)
-Xəlil MİRZƏ – “Uğur səhəri”, “Bal kimi yuxu”, “Necə aydın gecədir”, “Dünya hələ dağılmır ki”, “Bu yerlərdən el köçüb”, “Bağışlayın məni”, “Hamı payızdan yazır”, “Günəş niyə üşüyür?”, “Yenə yağış yağır”, “Səndən düşdü” (şeirlər)
-Saray RƏSULOVA – “Unutma”, “Ömürdən qalan”, “Ana”, “Deyə bilmirəm”, “Qadın”, “Haqqın səsi”, “Qəlbin savaşı” (şeirlər)
-Xanəli KƏRİMLİ – “Bayrağını uca qaldır, ana vətən” (poema)
-Kəramət ƏMİRLİnin Özbək ədəbiyyatına həsr etdiyi səhifə

4.Nəsr
-Xosrov NATİL – “Sarı kağız” (hekayə)
-Zarema ƏLİYEVA – “Xatirələrin rəngi” (hekayə)
-Vahid MƏHƏRRƏMLİ – “Salam, tut ağacım, məni tanıdınmı?” (esse)
-Təranə MUSAYEVA – “Otuz yeddi ölçülü ayaqqabı” (hekayə)


“XƏZAN”JURNALI

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: [email protected]

Top