Messi və “İnter Mayami” yeni razılığa gəliblər

“İnter Mayami”nin futbolçusu Lionel Messi və klubu yeni razılığa gəliblər. ZəfərNews.az xəbər verir ki, bu barədə Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
38 yaşlı argentinalının hazırkı müqaviləsi ilin sonuna qədərdir.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Messinin 2026-cı il dünya çempionatı və 2028-ci il Amerika kuboku ilə əlaqədar klubla müqaviləsini 2028-ci ilin sonuna qədər uzatmaq istədiyi barədə xəbərlər yayılmışdı.


