38 pillə irəli

Dünya klublarının yeni reytinqi açıqlanıb. ZəfərNews.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
Aktivində 154,75 xal olan “Qarabağ” 134-cü pillədən 96-cı yerə yüksəlib.
“Sabah” (79,25) 264-cü pillədən 302-yə geriləyib. “Araz-Naxçıvan” (70,25) 363-cü mövqedən 355-ə qalxıb. “Zirə” (68) isə 274-dən 380-ə düşüb.
Qeyd edək ki, 506 klubun yer aldığı siyahıda PSJ 543 xalla liderdir.


