“Beşiktaş” baş məşqçisi ilə yolları ayırdı

“Beşiktaş” UEFA Konfrans Liqasına əlvida dedikdən sonra baş məşqçisi Ole Qunnar Sulşer ilə olan müqavilə ləğv edilib. ZəfərNews.az xəbər verir ki, bu hadisə “Lozanna”ya 1:0 məğlub olandan sonra baş verib.
Qeyd edək ki, iclasdan sonra açıqlama verən klub prezidenti Serdal Adalı, Sulşerə bu günə qədər göstərdiyi xidmətlərə görə təşəkkür edib.


