Weather Data Source: havadurumuuzun.com

Ruhun şad olsun Vətən oğlu

Ruhun şad olsun Vətən oğlu
Daim qəlbimizdə yaşayacaq qəhrəman qardaşim.
Sənin keçdiyin şərəfli həyat yolu, Vətən qarşısında göstərdiyin qəhrəmanlığın gənclərimizə bir nümunədir ,bir dərslikdir. Azərbaycan xalqı üçün, şəhidlərimiz ucalıq rəmzidir, qürurdur.
Qürur dolu tarixi keçmişimizə dərindən nəzər salsaq, Vətənimizin qəhrəmanlar, mərd oğullar məskəni olmasını sən və şəhid qardaşlarım öz qanı canı bahasına bir daha təsdiq etdiz.

Qəhrəmanlıq – şəxsin fərdi xarakterik xüsusiyyətlərinin, tərbiyəsinin və genetik mənəvi zənginliyinin diktəsi ilə idarə olunan mürəkkəb bir keyfiyyət, əsl kişilik simvoludur!
Səni kimi seçilmiş hünər sahibləri, zaman keçsə, dövran dəyişsə də, xalqımızın qan yaddaşında yenilməz qəhrəman obrazı kimi qalacaq və ürəklərdə əbədi olaraq yaşayacaqdır!

Biz həm cəmiyyət, həm də fərd olaraq sizlərə çox şey borcluyuq. Hər şeydən əvvəl isə onların özlərindən sonra qoyduqları böyük irsi – Qəhrəmanlıq İrsini,- toplamaq, öyrənmək, araşdırmaq və gələcək nəsillərə ötürmək lazımdır.
Bu irs hələ uzun illər Azərbaycan xalqının ruhunu kükrədəcək, hər kəsə bu torpağın necə oğullar yetirməyə qadir olduğunu göstərəcək. Sübut edəcək ki, himnimizdə oxunan “Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu” sözləri əsla sadəcə söz deyil.
Mən hər zaman inanıram ki,geci tezi ədalətli qərar qəbul ediləcəkdir ,sənə layiq olduğun adın veriləcəkdir .
İnanıram ki
Raquf Orucovun qəhrəmanlıqları layiqincə qiymətləndiriləcək , ona Milli Qəhrəman adı veriləcəkdir.

Ehtiramla, Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı.

RAQUF ORUCOV HAQQINDA YAZILAR

Top