Redon Cica və “Qarabağ” yollarını ayırdı. Bu barədə klubun özü məlumat yayıb.
Xəbərə əsasən, futbolçu “SSPA Şabab Riadi Beluizdad”a transfer olub.
Qeyd edək ki, 2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.



