Leyla xanım Əliyevanın iştirakı ilə “Gənc qızların təhsilinə dəstək” layihəmizin ilk məzun günü

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, dəyərli Leyla xanım Əliyevanın iştirakı ilə “Gənc qızların təhsilinə dəstək” layihəmizin ilk məzun günündə müxtəlif təqaüd proqramları üzrə bakalavr təhsilini başa vuran qızlarımızın sevincinə şərik olduq.
Vurğuladıq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü,Elm və Təhsil Nazirliyi,Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2021 -ci ildən start götürən bu layihədən ölkənin 58 regionu və 27 Universitetini əhatə edən yüzlərlə gənc qız bəhrələnməkdədir.
Onların ölkəmizin gələcəyinə zəka,əzm və ürəklə töhfə verəcəklərinə əminliyimizi ifadə etdik.
Təhsilli qadının ilk növbədə sabit ailənin dayağı,güclü ölkə və sağlam gələcəyin təməli olduğunu diqqətə çatdırdıq.
Bu layihənin yalnız bir sosial proqram deyil, xalqımızın tarixindən qaynaqlanan maarifçilik ideallarının real nəticələrindən biri, qızların təhsilinə və onun vasitəsilə cəmiyyətin inkişafına yönələn bir missiyanın müasir dövrdə davamı kimi dəyərləndirməklə cəmiyyətin müxtəlif tərəflərini bu prosesdə yaxından iştiraka dəvət etdik.
Uğurlarınız bol, yolunuz açıq olsun deyərək məzunları təbrik etdik.



