NAĞILLAR ALƏMİNDƏ

NAĞILLAR ALƏMİNDƏ
31 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycanın tatar icmasının birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Nağıllar aləmində” adlı konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Konsert proqramında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının, 36 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri, “Mehriban” mahnı və rəqs ansamblı (bədii rəhbər Səbinə Nəcəfova) və başqaları öz bacarıqlı ifaları, rəqsləri ilə bayram əhval-ruhiyyəsi yaratmışlar. “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində Autizm Mərkəzinin möcüzələrindən biri olan Hüseyn Niftəliyevin ifaları isə konsertdə xüsusilə xoş duyğulu dəqiqələr bəxş etdi.
Konsertdə həmçinin şairlər Marina Kolomazova (Rusiyanın qızıl qələmi), Arzu Manafli (Baku Piano Festival laureatı), Renat İlyazov (Jurnalistlər həmkarlar ittifaqının “İnam” diplomanti), opera sənətçisi, “Zəfər Yolu “İctimai birliyinin fəxri üzvü İlham Əsgərov,
“Zəfər Yolu “İctimai birliyinin sədri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan üzrə təmsilçisi, şairə-publisist Pərvanə Salmanqızı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şairə Zərəngiz Dəmirçi Qayalı və Azərbaycan Tatar İcmasının sədri, texniki elmləri doktoru, Professor, Azərbaycan əmək veteranı Elmira İlyazova iştirak ediblər.
Konsertin bədii rəhbərləri Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, piano ifaçısı Alyona İnyakina və Azərbaycan Tatar İcmasının idarə heyətinin üzvü, Avropa-Asiya akademiyasının Sülh Mədəniyyəti İnstitutun(YUNESKO) xoşmərəmli səfiri və departament rəhbəri Renat İlyazovdur.
Xüsusi təşəkkürünəmə Azərbaycan Respublikasının mədəniyyət nazirliyinin təbiiliyində M.S. Ordubadinin Ev Muzeyin direktor vəzifəsini icra edən Rasima Ahmadovaya bildirilib.
Tədbirdə ziyalılar, dövlət qurumlarının əməkdaşları, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərin üzvləri, diplomatlar, ictimai və xeyriyyə təşkilatlarının nümayəndələri və təbii ki, bu tədbirin əsas qəhrəmanları – uşaqlar iştirak eliyiblər! Fotolar:





Mənbə: Azərbaycan Musiqi Mədəniyyət Dövlət Muzeyi və Azərbaycan Tatar İcması


