Weather Data Source: havadurumuuzun.com

“Elin Səsi” İctimai Birliyindən milli-mənəvi dəyərlərin təbliğinə yönəlmiş “Mənəviyyat dərsləri” layihəsinə start verildi

“Elin Səsi” İctimai Birliyindən milli-mənəvi dəyərlərin təbliğinə yönəlmiş “Mənəviyyat dərsləri” layihəsinə start verildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi tərəfindən həyata keçirilən “Mənəviyyat dərsləri” layihəsinə 01 may 2025-ci il tarixindən etibarən rəsmi olaraq start verilib.

Layihənin əsas məqsədi Azərbaycan cəmiyyətində, xüsusilə gənclər arasında milli-mənəvi və ailə dəyərlərinin təbliği, bu dəyərlərin qorunması və möhkəmləndirilməsi, eyni zamanda xoşagəlməz halların qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır. Layihə dövlətin gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərə önəm verən siyasətinə ictimai dəstək məqsədi daşıyır.

Üç ay davam edəcək layihə çərçivəsində Bakı şəhəri Azərbaycan Universitetində və Sumqayıt şəhərində seminarlar keçiriləcək. İştirakçılara milli-mənəvi və ailə dəyərləri ilə bağlı məlumatlar təqdim olunacaq. Həmçinin layihə çərçivəsində “Mənəviyyat Axtarışında” adlı maarifləndirici kitabça hazırlanaraq çap ediləcək. Kitabça seminarlarda iştirakçılara paylanılacaq.

Layihənin gedişatı dövründə görülən işlərlə bağlı media orqanlarında mütəmadi olaraq məlumat və press-relizlərin yayımlanması nəzərdə tutulur. Layihə 31 iyul 2025-ci il tarixində başa çatacaq.

“Elin Səsi” İctimai Birliyi hesab edir ki, milli-mənəvi və ailə dəyərlərinin qorunması və gənc nəslə aşılanması gələcək sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır və bu istiqamətdə görüləcək hər bir iş xüsusi əhəmiyyət daşıyır.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: [email protected]

Top