Rəssamlar bir araya gəlib

Türkiyə, Azərbaycan və Balkan ölkələrindən olan rəssamları bir araya gətirən nüfuzlu regional incəsənət simpoziumu keçiriləcək
Layihədə Balkan ölkələri ilə yanaşı Azərbaycandan da olmaqla ümumilikdə 24 rəssam iştirak edir. Azərbaycandan bu görüşə qatılan rəssamlar arasında sulu boya texnikası ilə məşhur memarlıq abidələrini çəkən Turac Seyidbəyli (Turaj Seyidbayli) də var.
Rəssamlar Ədirnənin tarixi və mədəni zənginliklərini, xüsusilə Memar Sinanın şah əsəri olan məşhur Səlimiyyə məscidini və meydanını canlı olaraq kətan üzərinə köçürürlər. Görüşün əsas qayəsi coğrafi və mədəni sərhədləri aşaraq incəsənət dili ilə ortaq irsi tərənnüm etməkdir.
Balkan ölkələrindən, Almaniyadan və Azərbaycandan olan iyirmi dörd rəssam “Beynəlxalq Balkan Rəssamları İncəsənət Görüşü” üçün Ədirnəyə toplaşıb; onlar burada şəhərin tarixi və mədəni irsini kətan üzərinə köçürüblər. Ərsəyə gələn əsərlər 29 oktyabr – Respublika Günündə təşkil olunacaq sərgidə sənətsevərlərə təqdim ediləcək.
Balkan ölkələrindən, Almaniyadan və Azərbaycandan Ədirnəyə gələn sənətkarlar şəhərin tarixi və mədəni irsini öz əsərlərində müxtəlif baxış bucaqlarından əks etdirirlər.
Ədirnədə keçirilən Beynəlxalq Balkan Rəssamları Görüşündə iştirak edən Şimali Makedoniya, Bolqarıstan, Almaniya, Azərbaycan, Kosovo, Monteneqro, Albaniya, Serbiya və Xorvatiyadan olan iyirmi dörd rəssam Trakya Universitetində, eləcə də Ədirnənin müxtəlif tarixi və mədəni məkanlarında praktiki işlər aparıblar.Belə ki,rəssamlar Səlimiyyə meydanının müxtəlif yerlərində qoyulmuş kətanlardan istifadə edərək, Memar Sinanın şah əsəri olan Səlimiyyə məscidini fərqli bucaqlardan təsvir edirlər.
Azərbaycanlı rəssam Turac Seyidbəyli bunun Ədirnəyə ilk səfəri olduğunu qeyd edərək, daha əvvəl Türkiyənin müxtəlif şəhərlərində keçirilən seminarlarda iştirak etdiyini əlavə edib.
Şəhərin tarixini və memarlığını yaxından müşahidə etdikdən sonra onları kətan üzərində əks etdirməyə çalışdıqlarını bildirən Seyidbəyli, Səlimiyyə məscidini akvarel texnikası ilə çəkdiyini qeyd edib.
Seyidbəyli bildirib: “Ədirnədə bir çox tarixi məkanı ziyarət etdik. Biz şəhərin keçmişini və gələcəyə uzanan izlərini kətanlarımızda əks etdirməyə çalışırıq. Ədirnə Osmanlı dövründə mühüm tarixi hadisələrə şahidlik etmiş bir şəhərdir; buna görə də mənim üçün böyük əhəmiyyət daşıyır. Tarixi abidə kimi Səlimiyyə məscidinin memarlığı da diqqətimi çəkir. Dünyanın müxtəlif ölkələrinə səyahət edərək memarlıq abidələrini akvarel texnikası ilə təsvir etməyə çalışıram – məhz buna görə də Səlimiyyəni seçdim.”
Balkan ölkələrindən olan sənətçilərlə eyni məclisdə yer almaqdan böyük məmnunluğunu ifadə edən Seyidbəyli, gələcək illərdə də bu tədbirdə iştirak etməyə ümid etdiyini qeyd edib.
Nəzərinizə çatdıraq ki,layihə rəssamlar arasında təcrübə mübadiləsinə imkan yaradır, ortaq tarix və mədəniyyətə malik xalqlar arasında incəsənət vasitəsilə qardaşlıq bağlarını gücləndirir.
Görüş çərçivəsində ərsəyə gələn əsərlər adətən xüsusi tarixi günlərdə (məsələn, Türkiyə Cümhuriyyəti Günü ərəfəsində) böyük sərgilərlə sənətsevərlərə təqdim olunur.

Tahirə Nur


