Son 2 günə 5 transfer – “Beşiktaş”

“Beşiktaş” qış transfer pəncərəsində son 48 saatda 5 transfer etdi. ZəfərNews.az xəbər verir ki, İstanbul təmsilçisi bu pəncərədə 7 transfer etdi.
Sırası ilə Yasin Özcan, Kristjan Asllani, Junior Olaitan, Hyeongyu Oh, Emmanuel Agbadou, Amir Murillo və Devis Vasquez.
“Qara qartallar” 1 qapıçı, 3 müdafiəçi, 2 yarımmüdafiəçi və 1 hücumçu transfer edib.
Qeyd edək ki, Türkiyə liqasında transfer pəncərəsi 6 fevral bağlanır.


