Weather Data Source: havadurumuuzun.com

“Fənərbağça”ya YENİ ULDUZ

“Sky Sports” xəbərinə əsasən, İstanbul təmsilçisi Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kantenin transferi ilə bağlı Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası ilə razılığa gəlib.

“Fənərbağça” 35 yaşlı oyunçuya görə 4 milyon avro təzminat ödəyəcək. Yarımmüdafiəçi yaxın vaxtlarda İstanbula yollanaraq, 2,5 illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, İstanbul təmsilçisi hal-hazırda UEFA Avropa Liqasında “Notinqam Forest” ilə qarşı-qarşıya gələcək, Türkiyə liqasında isə ikinci yerdədir.

Top