Yolun yenidən qurulması

Yolun yenidən qurulması
30 ildən çoxdur ki, Ağdam rayonunun Ergi qəsəbəsinə Qarqar çayı tərəfdən Muğanlı-Ergi yolu baxımsız vəziyyətdəydi. Hələ 2003-cü ildə Ergi qəsəbəsinə yaxın məcbiri köçkünlər üçün 150 ev (750 nəfər yaşayır) tikildi. Ergi Ərazi nümayəndəsi Nadir Hacıyevin dediyinə görə, Ergi qəsəbəsində 290 ailə (1200 nəfər) yaşayır. Bundan əlavə 2003-cü ildə məcduri köçkünlər üçün tikilən 150 evlik qəsəbədə 750 nəfər məskunlaşıb. Burada 2 orta məktəb, tibb məntəqəsi, ərazi nümayəndəliyinin inzibati binası, polis məntəqəsi, yanacaq doldurma məntəqəsi, mağazalar, ictimai iaşə obyektləri fəaliyyət göstərir.
Ergidə yaşayan əhalinin yol haqqında müraciətlərini nəzərə alan Ağdam RİH-nin başçısı cənab Vaqif Həsənov 2025-ci ilin ikinci yarısında Dövlət Qaçqınkomunun sədri cənab Rövşən Rzayevlə danışaraq bu yolun yenidən tikintisinə maliyyə ayırmasını xahiş etdi. Razılıq əldə olunandan sonra cənab başçı yolun tikintisinə nəzarət etməyi rayonun baş memarı Abduləli Mehdiyevə tapşırdı.
Dekabr ayının sonunda Muğanlı-Ergi yolunun tikintisinə başlandı. Ergi qəsəbəsinin sonuna qədər yola asfalt döşəndi. Yeri gəlmişkən onu da deyim ki, Qarqar çayının sağ sahilindəki Ergi qəbristanlığının yolu da asfaltlandı.
Baş memar Abduləli Mehtiyevin dedi: -bu yol Ergi ərazisində yerləşən və Ergi inzibati ərazisinə yaxın 3000-dən çox əhalinin, 2000 mindən çox işə gedənin rahat getməsinə xidmət edir. Yəni 5000 adamın istifadə etdiyi yoldu. Əhalinin öz evlərinə rahat gedib gəlməsi üçün biz Qarqar çayı üzərindəki körpünün də yenidən qurulmasına çalışırıq. Çünki hər gün bu yolu gedib gələn Ergidə yaşayan və məskunlaşan əhalinin əksəriyyəti Ağdam rayonunun Mərzili kəndinin sakinləridi.
Mərzili camaatı və Ergi ərazisində yaşayan əhali bu yolun yenidən tikilməsinə görə Ağdam RİH-nin başçısı cənab V.Həsənova və Dövlət Qaçqınkomunun sədri cənab R.Rzayevə təşəkkürlərini bildirirlər.



Ataların belə deyimi var: “Yol çəkən, körpü salan həccə getmiş kimidi”.
Məmməd Gürşadoğlu,
AJB-nin üzvü


