“Beşiktaş”dan yeni transfer

“Beşiktaş” hücum xəttini yeni oyunçu əlvaə edib. İstanbul təmsilçisi “Göztepe”də çıxış edən Junior Olaytanın keçidini həll edib.
Beninli hücumameyilli yarımmüdafiəçi artıq İstanbuldadır. 22 yaşlı ön xətt oyunçusu tibbi müayinədən keçdikdən sonra “Beşiktaş”la 3,5 illik müqavilə imzalayacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

