Azərbaycan şahmatçısı Niderlandda üçüncü olub

Niderlandda keçirilən “Tata Steel Challengers” beynəlxalq şahmat turniri sona çatıb. Azərbaycanı ənənəvi yarışda Aydın Süleymanlı təmsil edib.
13 turda 9 xal toplayan şahmatçı yekunda yarışı üçüncü pillədə başa vurub.
Bu barədə AZƏRTAC xəbər verib.

