Weather Data Source: havadurumuuzun.com

Saat 3-də “Qarabağ”ın rəqibi bəlli olacaq

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi bəlli olacaq.

Səpələnməmişlər sırasında yer alan Ağdam klubu Fransanın PSJ və ya İngiltərənin “Nyukasl” komandalarından biri ilə üz-üzə gələcək.

Səpələnmişlər: “Real Madrid” (İspaniya), “İnter” (İtaliya), PSJ (Fransa), “Nyukasl” (İngiltərə), “Yuventus” (İtaliya), “Atletiko” (İspaniya), “Atalanta” (İtaliya), “Bayer” (Almaniya).

Səpələnməmişlər: “Borussiya” (Dortmund, Almaniya), “Olimpiakos” (Yunanıstan), “Brügge” (Belçika), “Qalatasaray” (Türkiyə), “Monako” (Fransa), “Qarabağ” (Azərbaycan), “Budyo-Qlimt” (Norveç), “Benfika” (Portuqaliya).

Qeyd edək ki, Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçisinin rəqibi bəlli olacaq.

UEFA-nın öz saytı bu barədə məlumat yayıb.

Top