Weather Data Source: havadurumuuzun.com

Leyla Əliyeva – Millətin Zərif Gücü, Varlığımızın İlham Qaynağı

Leyla Əliyeva – Millətin Zərif Gücü, Varlığımızın İlham Qaynağı

Pərvanə Salmanqızı imzası ilə

Bu gün Azərbaycan cəmiyyətində müdrikliyi, humanizmi və zərif zəkası ilə seçilən, daim mədəniyyətə, gəncliyə və təbiətə xidmət edən bir şəxsiyyətin doğum günüdür – Leyla İlham qızı Əliyevanın.

O, sadəcə bir ictimai xadim deyil – O, millətin qəlbinə toxunan bir şairə, Azərbaycan gəncliyinin yoluna işıq salan lider, mədəniyyətlər arasında körpü salan vizion sahibi, insan və təbiət arasında sülhün carçısıdır.

Leyla xanımın qurucusu və rəhbəri olduğu IDEA kimi təşəbbüslər, onun ekologiyaya və gələcək nəsillərə olan sevgisinin təzahürüdür. “Bir ağac bir həyatdır” fəlsəfəsi ilə milyonlarla könülə toxunur. AMOR çərçivəsində on minlərlə gənci bir araya gətirərək vətənə xidmətə ruhlandırır. O, Azərbaycanın və azərbaycançılığın layiqli daşıyıcısı, milli ruhun və beynəlxalq dəyərlərin qovşağında doğulan bir çağdaş fenomendir.

Zamanın ritmini anlayan, poeziya ilə könülləri isidən, fəaliyyəti ilə insanlığa xidmət edən Leyla Əliyeva – bu gün öz doğum gününü qeyd edərkən əslində Azərbaycan cəmiyyətinə və gəncliyinə yenidən ilham verir.

Sözümüz sözünə, niyyətimiz ürəyinə, duasımız varlığına:

Ad gününüz mübarək, Leyla xanım!
Sizin kimi güclü, zərif və işıqlı qadınlar Azərbaycanın sabahına nur, gəncliyinə yol, ruhuna nəfəs verir. Sağlamlıqla, ruh yüksəkliyi ilə daim xalqa, Vətənə və dəyərlərə xidmət yolunda olun!
İşığınız çoxlara yol göstərsin!
Varlığınız Vətənə səadət olsun!

 

İmza: Pərvanə Salmanqızı

Top