Weather Data Source: havadurumuuzun.com

“Başqasının yolunda əkdiyin gül, mütləq sənin önündə açacaqdır!”

“Başqasının yolunda əkdiyin gül, mütləq sənin önündə açacaqdır!”

Həyat elə bir səfərdir ki, bu yolda atdığımız hər addım, etdiyimiz hər yaxşılıq bir gün bizə işıq kimi geri dönür. Kiminsə yoluna bir gül əkdinsə, yəni bir ürəyə sevgi, bir könülə ümid bəxş etdinsə, inan ki, o gül gec-tez sənin həyat yolunda çiçək açacaq.

Bəzən elə düşünürük ki, etdiyimiz yaxşılıqlar unudulur, qiyməti bilinmir. Amma unutmamalıyıq – kainat heç bir yaxşılığı qarşılıqsız buraxmaz. Yaxşılıq bumeranq kimidir, fırlanıb geri qayıdar. Ürəkdən edilən hər bir xoş niyyət, hər bir təbəssüm, hər bir dua, bir gün daha da böyük bir sevinc olaraq geri dönəcək.

Odur ki, yoluna çıxan insanların qəlbinə toxunmaqdan çəkinmə. Onların yollarına gül ək – bir sözlə, bir baxışla, bir əlinlə… Bil ki, həmin güllər bir gün sənin həyatında bahar kimi açacaqdır.

Sevgiylə, mərhəmətlə, ümidlə dolu bu dünyada iz buraxmaq istəyirsənsə, yaxşılıq ək… Çünki insanın özü üçün etdiyi, əslində hamı üçün etdiyi bir xeyirxahlıqdır.

PƏRVANƏ SALMANQIZI ABDULLAYEVA

Top