Weather Data Source: havadurumuuzun.com

Vüsal Nurunun “Qaraqaşlı” romanı

Əziz oxucular!
Müəyyən səbəblərdən fasilə verdiyimiz “Kitab tövsiyəsi” rubrikamıza yenidən davam edirik. Bu dəfə sizə tövsiyə edəcəyimiz əsər yazıçı Vüsal Nurunun “Qaraqaşlı” romanıdır.

Romanda ilk diqqətimi çəkən məqam dağdağan ağacına niyyətlə bağlanmış rəngli parçalar oldu. Bu simvolik səhnə insanın inanc və ümidlərini təmsil edir və roman boyunca da öz rəmzi mənasını qoruyur. Ən maraqlısı isə odur ki, müəllif bu əsəri 44 günlük Vətən müharibəsindən əvvəl qələmə almış olsa da, sanki o hadisələri öncədən hiss etmiş və təsvir etmişdir.

Romanın sonunda qəhrəmanın sağ qalması oxucuda sevinc doğurur. Halbuki, İbad özünü ruhən şəhid sayır. Bu daxili mübarizə və ziddiyyət əsərə dərin emosional qatlar bəxş edir.

Əsəri ikinci dəfə oxuyarkən daha fərqli duyğular və düşüncələrlə qarşılaşdım. Sanki hər sətrində xalqımızın yaşadığı faciələri bir daha yaşayır, lakin eyni zamanda ümid və dirəniş ruhunu da hiss edirsiniz. Sonda pöhrə verən dağdağan ağacı isə bizə həyatın davam etdiyini, ümidin heç vaxt ölmədiyini xatırladır. Və bu ümid bizi qələbəyə aparır.

“Qaraqaşlı” romanını hər birinizə səmimiyyətlə tövsiyə edirəm. Yazıçı Vüsal Nuruya isə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Zaur USTAC – “Ziyadar”ların Laçın səfəri – 09.08.2024.

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top