Weather Data Source: havadurumuuzun.com

YÜZ YAŞA, CƏNNƏT MƏLƏYİM!

YÜZ YAŞA, CƏNNƏT MƏLƏYİM!

Atamızın ocağının daim yandır çırağını,
Hər il ömür kitabının zərə bələ varağını!

Şad günündə fərəhlənsin dost-qohumlar, oğlun-qızın…
Bu dünyada yaşadıqca nura dönsün alın yazın.

Sağ əlində qılınc təki parıldasın “Qızıl qələm”!
Bağlı yollar açıla kaş, təbrikinə mən də gələm…

Azadqızı üz tutubdur varlığını yaradana,
Yetmiş bahar çiçəklənən mövludun mübarək, Ana!

Arzuların çiçək açsın həyatının hər çağında,
Haqq əliylə şənlik edək ulu Göyçə torpağında!

“Ustadlara rəhmət. Amin.”, olsun dilinin əzbəri,
Neçə min yol ziyarət et ulu baban Ələsgəri!

Saraldıqca qar altında ildən-ilə göy çəmənlər,
Yer üzündə şahlıq edir “Mənəm…”, -deyən “Göyçə — mən!”lər…

Ağkilsədə doğan Günəş qızaranda lalə kimi,
Ay-ulduza səcdə qıllam tərpətsə kim sarı simi…

Mavi rəngli səmalarda qanadlansın hər diləyim,
Zirvələri fəth edərək, yüz yaşa, cənnət mələyim!

12.04.2025.

Hörmətlə, Sima Azadqızı Göyçəli

Top