“Uşaqların Rəngli Dünyası” adlı Uşaq Festivalı keçirildi

“Uşaqların Rəngli Dünyası” adlı Uşaq Festivalı keçirildi
1 İyun 2025-ci il tarixində Yasamal Parkında Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi və UNEC İnklüziv Təhsil Mərkəzi, “Zəfər Yolu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Yasamal parkında “UŞAQLARIN RƏNGLİ DÜNYASI” adlı əlilliyi olan uşaqlar üçün festival keçirildi.
Festivalda Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Milli Məclisin VII çağırış deputatı Elnarə Akimova iştirak etdilər.
Tədbirin açılışını UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova edərək, mərkəzin yaradılması, məqsədləri və fəaliyyəti barədə məlumat verdi. O, inklüziv təhsilin cəmiyyətin bütün üzvləri üçün bərabər imkanların yaradılması və sosial inteqrasiya baxımından mühüm rol oynadığını vurğulayaraq, bu istiqamətdə həyata keçirilən layihələrin davamlı inkişafının vacibliyini qeyd etdi.
Daha sonra “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salmanqızı Abdullayeva və “Gənclərə Psixoloji Dəstək” İctimai Birliyinin sədri Leyla Salmanlı da çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar.
Festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının solistləri Nəzrin Nur və Nurlan Namazov, UNEC məzunu gənc müğənni Fərid Mərd və digər ifaçıların çıxışları tədbirə xüsusi rəng qatdılar.
Tədbir əsasən həssas kateqoriyaya aid uşaqların əyləncəli və unudulmaz gün keçirməsi məqsədilə təşkil olundu.
Bu cür təşəbbüslər inklüziv cəmiyyətin formalaşmasına, uşaqların sosial adaptasiyası üçün olduqca vacibdir. Fotolar: