Yankoviçdən 2 məhsuldar ötürmə

“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb. İdman Arena xəbər verir ki, onlar ilk matçlarında Cəbəllütariqlə qarşılaşıblar.
Yankoviç qollardan ikisinin ötürməsini verərək qələbədə böyük pay sahibi olub. O, 70 və 73-cü dəqiqələrdə – komandasının 2-ci və 3-cü qollarında məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Qarabağ”ın iki futbolçusuda start heyətdə oyuna başlayıblar.