Weather Data Source: havadurumuuzun.com

Biləsuvar İqtisadi Xəbərlər

Bakı, 23 iyul (AZƏRTAC). İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, on yeddi min nəfər əhalinin yaşadığı altı yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,2 milyon manatı Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılmışdır.

Top